Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

İqtisadçı voleybol klubunun təlim-məşq bazası istifadəyə verilmişdir
“VIP SPORT PROFESSIONAL” bir neçə gün öncə Quba şəhərində yeni voleybol kompleksini istifadəyə verib. Idman qurğusu ən müasir idman avadanlığı ilə təchiz olunub. İdman kompleksi komandaların təlim-məşq toplanışlarını və gənc komandaların yarışlarından beynəlxalq oyunlara kimi istənilən miqyaslı tədbirlərin keçirilməsi üçün yararlıdır. İtaliya istehsalı olan “Sport Systems” idman avadanlıqları ilə təchiz olunmuş olan kompleksin idman zalı yarışları ən yüksək səviyyədə təşkil etmək imkanı yaradır. Idman kompleksin keyfiyyətli işıqlandırma sistemi və tamaşaçılar üçün nəzərdə tutulmuş rahat oturacaqlı tribunalar İtaliyanın “Sport Systems” şirkəti kimi idman və tikinti məhsullarının satışı üzrə dünyanın qabaqcıl şırkətlərindən olan Fransanın “Gerflor” şirkətinin döşəmə örtüklü voleybol meydançasında baş verəcəklərin ideal əlavəsi olacaq.

İdman meydançaları